Təhsil Nazirliyi: Yeni tədris ili üçün 6 milyondan artıq dərslik çap edilib

Elm və təhsil
  • 28 avqust, 2018
  • 11:42
Təhsil Nazirliyi: Yeni tədris ili üçün 6 milyondan artıq dərslik çap edilib

Bakı. 28 avqust. REPORT.AZ/ 2018-2019-cu tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, şagirdlər dərslikləri sentyabrın 3-dən etibarən təhsil aldıqları məktəbdən əldə edə bilərlər. 

Nazirlikdən bildirilib ki, dərsliklərlə təmin olunmadıqda isə bu barədə məktəb rəhbərliyinə vaxtında məlumat verilməlidir.

Dərsliklər hər şagirdə 1 tədris ilində istifadə edilmək üçün verilir. Hər dərsliyin istifadə müddəti onun buraxılış ilindən etibarən 4 ildir.

Dərsliklərin elektron variantları www.e-derslik.edu.az və www.trims.edu.azsaytlarında müxtəlif formatlarda mövcuddur.

44 filmi