Təhsil naziri jurnalistlərlə bağlı tapşırıq verib

Təhsil naziri jurnalistlərlə bağlı tapşırıq verib Təhsil naziri Emin Əmrullayev keçirdiyi mətbuat konfranslarında media nümayəndələrinə ayrılan yerin dəyişdirilməsi ilə bağlı təklifi dəstəkləyib.
Elm və təhsil
27 İyul , 2022 12:12
Təhsil naziri jurnalistlərlə bağlı tapşırıq verib
Emin Əmrullaye

Təhsil naziri Emin Əmrullayev keçirdiyi mətbuat konfranslarında media nümayəndələrinə ayrılan yerin dəyişdirilməsi ilə bağlı təklifi dəstəkləyib.

“Report”un məlumatına görə, nazir media təmsilçilərinin ön sıralarda əyləşməsini məqbul sayıb.

“Həmkarlarımızı hər gün görürük və yaxın ünsiyyətimiz olur. Ona görə də onların ilk sırada deyil, ikinci və üçüncü sırada oturmasında heç bir problem yoxdur”, - nazir söyləyib.

E.Əmrullayev məsələ ilə bağlı nazirlik rəsmisinə tapşırıq veib.

Qeyd edək ki, nazirin bugünkü brifinqində ön sırada Təhsil Nazirliyinin əməkdaşları oturub. Tədbirdə iştirak edən jurnalistlərdən biri media nümayəndələrinin ön sırada əyləşməsini təklif edib. Təklifə səbəb media nümayəndələrinin arxa oturacaqlarda oturması və səsi eşitməmələridir. Belə vəziyyətdə jurnalistlər səsucaldanın yanında ayaqüstə dayanmaları olublar.

Son xəbərlər

Orphus sistemi