İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbin açılış mərasimi keçirilib.
Bu barədə "Report"a
Açılış mərasimində Təhsil naziri
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
C.Bayramov Prezident
C.Bayramov təhsil sahəsində aparılan çoxsaylı işlər, islahatlar barədə məlumat verib. Nazir çıxışında təhsil sisteminin aparıcı qüvvəsi olan müəllim əməyinin stimullaşdırılması, bu peşənin nüfuzunun artırılması istiqamətində görülən işləri xüsusi vurğulayıb və son illər bu yöndə çox böyük nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb.
Nazir çıxışının sonunda yeni tədris binasının açılışı və dərs ilinin başlanması münasibətilə hər kəsi təbrik edib, uğurlar arzulayıb.
Çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayon üzrə təhsil sahəsində görülən işlər, nailiyyətlərdən söz açıblar və təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.
Daha sonra Təhsil naziri C.Bayramov məktəbdə yaradılmış şəraitlə tanış olub, şagird və müəllimlərlə görüşüb, onlarla səmimi söhbət aparıb.
Qeyd edək ki, Ismayıllı rayonu Basqal qəsəbə tam orta məktəb 432 şagird yerlikdir. Məktəb binasında 1 fizika, 1 kimya, 1 biologiya laboratoriyaları, 18 sinif otağı, əmək otaqları, kitabxana və oxu zalı, informatika otağı, 80 yerlik yeməkxana, 190 yerlik akt zalı, idman zalı yerləşir. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib. Məktəb binasının istiliklə təmin olunması üçün təbii qazla işləyən müasir tələblərə cavab verən qazanxana və nasosxana da təchiz edilib.