“Təhsil avtobusu” budəfəki səfərinə Şərqi Zəngəzurdan başlayacaq

“Təhsil avtobusu” budəfəki səfərinə Şərqi Zəngəzurdan başlayacaq “Təhsil avtobusu” budəfəki səfərinə Şərqi Zəngəzurdan başlayacaq
Elm və təhsil
14 Avqust , 2023 11:52
“Təhsil avtobusu” budəfəki səfərinə Şərqi Zəngəzurdan başlayacaq

14-22 avqust tarixlərində “Təhsil avtobusu – gələcəyə doğru” yay məktəbi keçiriləcək və budəfəki səfərinə Şərqi Zəngəzurdan başlayacaq.

Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, layihənin məqsədi şagirdlərə yeni bacarıq və vərdişlər qazandırmaq, onlarda həyata fərqli baxış, dünyagörüşünün formalaşmasına təsir etmək və Heydər Əliyev irsini təbliğ etməkdir.

Təhsil avtobusu Bakı şəhərindən yola düşərək Zəngilan (Ağalı kəndi), Laçın və s. rayonlardan keçəcək, sonuncu dayanacaq paytaxt olacaq.

Yay məktəbi adıçəkilən bölgələrdəki ümumtəhsil məktəblərinin akademik göstəriciləri orta və yüksək olan VI-IX sinif şagirdlərini əhatə edəcək. Layihə çərçivəsində şagirdlər kodlaşdırma, robototexnika, yaradıcı düşünmə bacarıqları, ilkin sahibkarlıq anlayışları, ünsiyyət və təqdimat bacarıqları, STEAM metodologiyası üzrə təlimlərdə, həmçinin intellektual oyunlarda iştirak edəcəklər. İştirakçılara sertifikat və hədiyyələr təqdim olunacaq.

Qeyd edək ki, 2016-cı ildən hər il müxtəlif konsepsiya ilə yola çıxan “Təhsil avtobusu” layihəsinə respublikanın 29 bölgəsi üzrə 900-dən artıq şagird və tələbə cəlb edilib.

Layihə Elm və Təhsil Nazirliyi, Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin təşkilatçılığı və Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə “Azərbaycan üçün öyrət” proqramı çərçivəsində həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi