Sınaq qiymətləndirmədə 35 mindən çox şagird iştirak edib
Elm və təhsil
- 10 fevral, 2021
- 07:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən IX siniflər üzrə sınaq qiymətləndirmə keçirilib.
"Report" xəbər verir ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar onlayn şəkildə təşkil olunan qiymətləndirmədə 35 667 şagird iştirak edib.
Sınaq qiymətləndirmə riyaziyyat, ingilis dili və təlim dili üzrə keçirilib. Ümumilikdə 85 sualın (təlim dili 30, riyaziyyat 25, ingilis dili 30 sual) cavablandırılması üçün şagirdlərə 3 saat (14:00-17:00) vaxt verilib. Qiymətləndirmə bitdikdən sonra şagirdlərin topladığı bal ümumi təhsil müəssisələrinə göndərilib.
Qeyd edək ki, sınaq qiymətləndirmənin keçirilməsinin əsas məqsədi şagirdlərin buraxılış imtahanlarına hazırlıq səviyyəsinin müəyyənləşdirilməsindən ibarətdir.
Son xəbərlər
10:43
Foto
Azərbaycan Albaniya ilə birgə turizm təşəbbüslərini müzakirə edib
Turizm
10:37
"Birbank"da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə!
Maliyyə
10:36
Nazir: "Aqrar sektorda hədəf kəndlərdə həyat səviyyəsinin yüksəldilməsidir"
ASK
10:31
Məcnun Məmmədov: "Məqsəd təkcə istehsalın artımı deyil, həm də resurslardan səmərəli istifadədir"
ASK
10:30
Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib
Xarici siyasət
10:30
Foto
Xankəndidə II Azərbaycan-Özbəkistan Rektorlar Forumu keçirilir
Elm və təhsil
10:27
Prezident İlham Əliyev AQEM tribunasından beynəlxalq hüququn tətbiqində problemləri üzə çıxarıb – rəy
Xarici siyasət
10:25
Fariz İsmayılzadə: "Aqrar sektor üçün yüksək ixtisaslı kadrlar hazırlanacaq"
ASK
10:24
Alfaco Sisse avrokuboklarda het-trik edən ən gənc italiyalı futbolçu olub
Futbol