İnkişaf etmiş ölkələrdə texnologiya sahəsində irəlləyiş bəzən təbiətə mənfi təsir edir.
"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Yaşıl gələcəyə könül ver” mövzusunda keçirilən konfransda deyib.
Nazir müavini təhsildə ekologiya sahəsinə geniş yer ayrılmasının vacibliyini vurğulayıb:
"İnsanlarda ekoloji mədəniyyət formalaşdırmaq lazımdır. Təhsil sistemində bu sahəyə xüsusi diqqət ayrılmalıdır. Bu ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması təhsilə çox müsbət təsir etdi.
İlk dərs günündə hər bir müəllim birinci dərsi "Yaşıl dünya naminə həmrəylik" mövzusuna həsr etmişdi. Bu addım ekoloji mədəniyyətin formalaşdırılmasında gözəl irəlləyişdir".
Onun sözlərinə görə, dünyada 1 milyarddan çox könüllü fəaliyyət göstərir.