Naxçıvanda STEAM Təlim-Tədris Mərkəzində ilk dərslərə başlanılıb

Naxçıvanda STEAM Təlim-Tədris Mərkəzində ilk dərslərə başlanılıb Fevralın 19-dan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən STEAM Təlim-Tədris Mərkəzində ilk dərslərə başlanılıb.
Elm və təhsil
19 Fevral , 2024 19:07
Naxçıvanda STEAM Təlim-Tədris Mərkəzində ilk dərslərə başlanılıb

Fevralın 19-dan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən STEAM Təlim-Tədris Mərkəzində ilk dərslərə başlanılıb.

"Report"un yerli bürosu xəbər verir ki, mərkəzə qəbul olunan şagirdlər bacarıqları və maraqları nəzərə alınaraq qruplara bölünüb və burada IV-XI sinif şagirdləri üçün proqramlaşdırma, mühəndislik-elektronika, 3D printer və 3D model hazırlama, istehsal-CNC lazer yaradıcılıq, Vex Lego-Robototexnika, STEAM uşaq, dron texnologiyası üzrə təlimlər təşkil ediləcək. Şagirdlər həm proqram əsasında, həm də öz ideyaları ilə texnoloji layihələr reallaşdıra biləcək, elmi araşdırmalar aparacaq, prototiplər yaradacaq, robot modelləri quracaq və onları məhsula çevirəcəklər.

Mərkəzdə, həmçinin məktəblilər kreativliyi, əməkdaşlığın inkişaf etdirilməsini, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə, müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldəcəklər.

Son xəbərlər

Orphus sistemi