Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü ilə liseydə yeni sinif açılıb

Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü ilə liseydə yeni sinif açılıb Zəfər Günü ərəfəsində 287 saylı “Zəkalar” liseyində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) təşəbbüsü ilə MSN-in tərəfdaşı olan “Deftech” MMC tərəfindən gənclərin texniki biliklərə dərindən yiyələnmələri, bu sahədə istedadlarının üzə
Elm və təhsil
4 Noyabr , 2022 21:32
Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü ilə liseydə yeni sinif açılıb

Zəfər Günü ərəfəsində 287 saylı “Zəkalar” liseyində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) təşəbbüsü ilə MSN-in tərəfdaşı olan “Deftech” MMC tərəfindən gənclərin texniki biliklərə dərindən yiyələnmələri, bu sahədə istedadlarının üzə çıxarılması, onlara müasir kreativ vərdişlərin aşılanması məqsədilə yaradılmış "Avia və Gəmi Modelizmi” sinfinin açılışı olub.

"Report" xəbər verir ki, tədbirdə liseyin şagirdləri, Vətən müharibəsi iştirakçıları, mühəndis-müəllim heyəti, "Zəkalar” liseyinin direktoru Aygün Əhmədli, müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları sinifdə yaradılmış şəraitlə tanış olublar.

A.Əhmədli çıxış edərək “Zəkalar” liseyinin fəaliyyəti və uğurları haqqında məlumat verib. O, yaradılan yeni sinfin şagirdlərin dünya görüşünün inkişafı, dərsdən kənar vaxtlarının səmərəli keçirilməsi, bu sahədə istedadı olan gənclərin aşkar olunmasında böyük rol oynayacağını bildirib.

Direktor yaradılan şəraitə görə liseyin kollektivi adından müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyevə və MMC-nin rəhbərliyinə minnətdarlığını bildirib.

Müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev tədbir iştirakçılarını nazirliyin rəhbərliyi və kollektivi adından  qarşıdan gələn 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

O, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın misilsiz xidmətləri sayəsində ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasəti və təhsil islahatlarına, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, kreativ texnoloji bacarıqlarının artırılması, yüksək innovativ mühəndisliyi mənimsəmələri istiqamətində aparılan işlərə MSN-in hər zaman dəstək olduğunu qeyd edib.

A.Babayev Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü ilə fəaliyyətə başlayan sinfin gənclərin inkişafı üçün görülən işlərin davamı olduğunu vurğulayıb.

O diqqətə çatdırıb ki, Bakı şəhərinin məktəblərinin birində pilot layihə kimi gənclərin ibtidai hərbi hazırlığı kabinetinin yaradılması işləri də davam etdirilir. Bu layihənin həyata keçirilməsində Müdafiə Sənayesi Nazirliyi Elm və Təhsil Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə yaxından əməkdaşlıq edir.

Çıxış edən Vətən müharibəsi iştirakçıları və digər qonaqlar belə təşəbbüslərin təqdirəlayiq olduğunu qeyd edərək, dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib, MSN-in rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.

Sonra tədbir iştirakçıları liseyin mühəndis-müəllim və şagirdlərinin ərsəyə gətirdiyi helikopter modelinin uçuşunun sınaqdan keçirilməsini izləyiblər.

Son xəbərlər

Orphus sistemi