Masazırda məcburi köçkünlər üçün ingilis dili mərkəzi açılıb

Masazırda məcburi köçkünlər üçün ingilis dili mərkəzi açılıb Masazır qəsəbəsində Zəngilan rayonundan olan məcburi köçkünlər üçün 33 nömrəli məktəbdə ingilis dili üzrə ilk Resurs və Təlim Mərkəzi açılıb.
Elm və təhsil
31 Oktyabr , 2019 16:09
Masazırda məcburi köçkünlər üçün ingilis dili mərkəzi açılıb

Masazır qəsəbəsində Zəngilan rayonundan olan məcburi köçkünlər üçün 33 nömrəli məktəbdə ingilis dili üzrə ilk Resurs və Təlim Mərkəzi açılıb.

"Report" "British Council"ın (Britaniya Şurasının) Azərbaycandakı nümayəndəliyinə istinadən xəbər verir ki, Mərkəz Şuranın, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin və Azərbaycan Təhsil Nazirliyinin bilavasitə yardımı ilə açılıb.

Qeyd edək ki, açılış mərasimində Azərbaycanın Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Böyük Britaniyanın baş nazirinin ticarət elçisi baronessa Emma Nikolson və Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp iştirak edib.

"British Council"ın Azərbaycanda ölkə üzrə direktoru Samr Şah bu proqramın Şuranın fəaliyyətə başladığı gündən tətbiq olunan əsas proqramlarından biri olduğunu söyləyib.

"Gənc tələbələr üçün tədris mərkəzlərimizdə ingilis dilində danışmaq təcrübəsi üzrə treninqlərdə iştirak etmək üçün, eləcə də 21-ci əsrdə rəqabətli təlim və karyera üçün zəruri olan ünsiyyət və liderlik keyfiyyətlərini inkişaf etdirmək üçün şərait yaradılıb", - o deyib.

Bu mərkəz 13 ingilis dili mərkəzindən ibarət mövcud şəbəkə fonunda yeni yaradılacaq beş resurs təcrübə mərkəzindən birincisi olub. Yeni mərkəzlər Masazır, Zaqatala, Tərtər, Beyləqan və Bərdədəki qaçqın və məcburi köçkünlər üçün məktəblərdə yerli tələbə və müəllimlərin cəlb olunması ilə açılacaq. Bu mərkəzlərdə yerli tələbə və müəllimlər yüksək keyfiyyətli təhsil və tədris resursları, öz-özünü təlim üçün texnologiyalar və materiallar əldə edəcəklər.

Son xəbərlər

Orphus sistemi