Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadılıb

Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadılıb Magistraturaya qəbul olmuş şəxslər 22 iyul saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün bakalavrlar göstərilən vaxtadək https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli və təqdim edilən xidmətlər sırasında “Ali və orta
Elm və təhsil
18 iyul 2024 10:47
Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadılıb

Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadılıb.

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Magistraturaya qəbul olmuş şəxslər iyulun 22-si saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün bakalavrlar göstərilən vaxtadək https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli və təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisələrinə qəbul olunanların siyahısından xaric ediləcəklər.

Xatırladaq ki, bakalavrların qeydiyyat prosesinə iyulun 9-dan etibarən başlanılıb.

Son xəbərlər

Orphus sistemi