Bakı. 17 aprel. REPORT.AZ/ “Qəbir yerlərinin hazırlanması ilə bağlı layihə Nazirlər Kabinetinə təqdim edilib. Bu sənəd ya qərar, ya da qanun olacaq”.
“Report”un məlumatına görə, bunu
O bildirib ki, yeni layihəyə əsasən, qəbir yeri hazırlanarkən başdaşı 50, sinəüstü daş isə 60 santimetr olacaq.
Yas mərasimləri ilə bağlı məsələyə toxunan M.Qurbanlı deyib ki, mərasimləri yalnız Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətlər verdiyi şəxslər apara bilərlər: “Digərlərinin isə bu mərasimləri aparması doğru deyil. Nə olsun ki, diplomu var?! Bilirsiz ki, idarədə mərasimləri aparacaq axundlar üçün kurslar təşkil olunur. Orada onlara tövsiyə olunur ki, yas mərasimlərində uzun-uzadı danışmaq olmaz. Bunu ona görə edirik ki, orada iştirak edən insanlar yorulmasın”.
M.Qurbanlı yas mərasimlərinin 7 gün davam etməsinin doğru olmadığını da qeyd edib: “Mərasimlər belə uzun müddət davam etdikdə, israfçılığa da yol verilir. Müsəlman üçün müqəddəs cənazə namazına qatılmaqdır. Yəni, cənazə namazında iştirak etdinsə, bu kifayətdir. Mərasimlərin 7 gün davam etməsi doğru deyil. Bütün bunlar sadələşdirilməlidir. Yeni çadır yerləri hazırlandıqdan sonra bu məsələlər də həllini tapacaq”.