İxtisas qruplarına qəbul planı ilə ərizələrin sayında qeyri-tarazlıq olub

İxtisas qruplarına qəbul planı ilə ərizələrin sayında qeyri-tarazlıq olub 2019-cu il üçün ali təhsil müəssisələrinə ixtisas qrupları üzrə qəbul planı və ərizələrin nisbi çəkiləri arasında qeyri-tarazlıq var.
Elm və təhsil
8 Sentyabr , 2020 16:45
İxtisas qruplarına qəbul planı ilə ərizələrin sayında qeyri-tarazlıq olub

2019-cu il üçün ali təhsil müəssisələrinə ixtisas qrupları üzrə qəbul planı və ərizələrin nisbi çəkiləri arasında qeyri-tarazlıq olub. 

"Report" xəbər verir ki, ümumi qəbul planının II ixtisas qrupu üçün ayrılan hissəsi ərizələrin həmin ixtisas qrupuna düşən hissəsindən böyük, I, III və V ixtisas qruplarında, əksinə, kiçik, IV ixtisas qrupunda isə, demək olar ki, eynidir.

II qrupda plan yerlərinin çox, ərizələrin sayının nisbətən az olması müsabiqə vəziyyətinə mənfi təsir göstərib. Nəticədə hazırlıq səviyyəsi o qədər də yüksək olmayanlar ali təhsil almaq imkanı əldə ediblər. Bu baxımdan, gələcəkdə ali təhsil müəssisələrinə plan yerləri ayrılarkən mövcud reallıqlar nəzərə alınmalı, qəbul planında kəskin sıçrayışlar edilməməli, perspektivlər müəyyən olunmalı, bir sözlə, uğurlu qəbul planı siyasəti aparılmalıdır.

Son xəbərlər

Orphus sistemi