Ümumi sertifikasiyada iştirak edən müəllimlərin 88 faizi uğur qazanıb.
"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 2022-2023, 2023-2024-cü illərdə 40 min 600 müəllim sertifikasiyadan keçib.
Nazir vurğulayıb ki, yüksək nəticə göstərən müəllimlərin sayı sertifikasiyada qənaətbəxş nəticə göstərməyənlərdən iki dəfə çoxdur:
"Bütün müəllimlərin sertifikasiya imtahanına düşən bəzi suallara yanlış cavab verməsi ilə bağlı yayılan fikirlər yanlışdır. Hamısı zəif nəticə göstərməyib. Yüksək nəticə göstərən müəllimlər əməkhaqqısına 10-35 faiz əlavə edilib. Cəmiyyətin müzakirə etdiyi müəllimlərin az bir qismini əhatə edir. Müəllimlərin 90 faizinin nəticəsi qənaətbəxşdir".