Dünyanın ən böyük aysberqi Antarktida boyu hərəkətini bərpa edib

Elm və təhsil
  • 18 iyul, 2023
  • 19:34
Dünyanın ən böyük aysberqi Antarktida boyu hərəkətini bərpa edib

Yer kürəsinin ən böyük aysberqi A23a Antarktida sahilləri boyu aktiv hərəkətə başlayıb.

“Report” xəbər verir ki, bu barədə Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun (AAETİ) mətbuat xidməti məlumat yayıb.

“Antarktida qışının əvvəlində Antarktida buzlağından ayrıldıqdan 30 ildən çox sonra ayda 150 km-dən çox sürətlə aktiv sürüşməyə başlayıb. Hazırda aysberq Ueddel dənizində Antarktida sahilləri boyunca hərəkət edir”, - mətbuat xidmətinin məlumatında deyilib.

Mətbuat xidməti qeyd edib ki, aysberqin sahəsi təxminən 4 170 kv. km-dir.

“A23a aysberqinin gələcəyi bir çox amillərdən asılıdır: axınların təsiri, sualtı relyef çıxıntıları, meteoroloji amillər. Ancaq sonda aysberqin ömrünə sayılı günlər qalıb, o, çox güman ki, bu il əriyəcək”, - institutdan bildiriblər.

44 filmi