Dilçilər iqlim və dillərin səslənişi arasında əlaqə aşkar ediblər.
“Report”
Alimlər rütubət, hündürlük, temperatur, yağıntı və bitki sıxlığı kimi ətraf mühit şəraitini qiymətləndiriblər.
“Biz müxtəlif ekoloji və linqvistik dəyişənlərin əslində bir-biri ilə necə güclü korrelyasiyada olduğuna baxmağa çalışdıq”, - araşdırmaçılar vurğulayıblar.
Bəlli olub ki, temperatur və rütubət yüksək olan ərazilərdə insanlar daha çox saitlərdən, dağlarda isə partlayan samitlərdən istifadə edirlər. Rütubətli bölgələr üçün daha mürəkkəb ton sistemləri xarakterikdir.
Elm adamları bu faktların açıqlamasını tapmağa çalışıblar. Təkliflərdən biri budur ki, yüksək hündürlükdə insanlar rütubəti qorumağa çalışırlar, buna görə də səs tellərini bağlı tutan səslərdən istifadə edirlər.
Tədqiqatçılar həmçinin hesab edirlər ki, iqlim dəyişikliyi sonda dillərin səslənməsinə təsir edəcək. Bioloqlar artıq ekoloji şəraitə uyğunlaşan quş nəğmələrində də oxşar meyilləri müşahidə ediblər.