Məktəbyaşlı uşaqların 90 faizindən çoxu üçün məktəb və müəllim seçimi edilib

Məktəbyaşlı uşaqların 90 faizindən çoxu üçün məktəb və müəllim seçimi edilib Məktəbyaşlı uşaqların 90 faizindən çoxu üçün məktəb və müəllim seçimi edilib.
Elm və təhsil
9 İyul , 2024 12:15
Məktəbyaşlı uşaqların 90 faizindən çoxu üçün məktəb və müəllim seçimi edilib

İyunun 12-dən etibarən, ölkə üzrə rus bölməsində məktəb və müəllim seçimi aparılır və bu müddətdə Abşeron rayonu, Bakı, Gəncə və Sumqayıt şəhərində yerləşən 136 ümumi təhsil müəssisəsində üstünlük hüququ tətbiq edilib.

"Report" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov keçirdiyi brifinqdə deyib.

O bildirib ki, iyulun 12-si saat 11:00-da həmin müəssisələrdə sərbəst (prioritetsiz) qaydada məktəb və müəllim seçimi aktiv ediləcək:

“İyulun 12-dək valideynlərin mektebeqebul.edu.az saytında olan şəxsi kabinetlərində qeyd etdikləri əlaqə nömrəsinə SMS də göndəriləcək. Məktəb və müəllim seçimi sentyabrın 13-dək davam edəcək.

Qeyd edək ki, müsahibədə uğur qazanan uşaqların 90 faizindən çoxu məktəb və müəllim seçimi edib”.

Son xəbərlər

Orphus sistemi