Cəlilabaddan olan yeddi məzun Qarabağ Universitetinin ilk tələbələrindən olacaq

Cəlilabaddan olan yeddi məzun Qarabağ Universitetinin ilk tələbələrindən olacaq Ali təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən Cəlilabad məktəblərini 2023-2024-cü tədris ili üzrə bitirən 7 məzun Qarabağ Universitetinin ilk tələbələrindən olacaq.
Elm və təhsil
26 Avqust , 2024 21:57
Cəlilabaddan olan yeddi məzun Qarabağ Universitetinin ilk tələbələrindən olacaq

Ali təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən Cəlilabad məktəblərini 2023-2024-cü tədris ili üzrə bitirən 7 məzun Qarabağ Universitetinin ilk tələbələrindən olacaq.

“Report”un Muğan bürosunun məlumatına görə, həmin tələbələrdən 2 nəfəri Cəlilabad şəhər 1 nömrəli məktəb liseyi, 1 nəfər Adnalı tam orta, 1 nəfər Sabirabad kənd 1 nömrəli tam orta, 1 nəfər isə Çünzəli kənd tam orta və 1 nəfər Üçtəpə kənd tam orta məktəbin məzunlarıdır.

Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə Qarabağ Universitetinin bakalavriat səviyyəsinə tələbə qəbulu planı, demək olar ki, tam dolub. Eyni zamanda 101 abituriyent Qarabağ Universitetinə 600 baldan yüksək nəticə göstərməklə qəbul olub. Ümumilikdə, ilk tədris ilində universitetin bakalavriat səviyyəsində 27 ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi