Cəlilabad və Masallıda “Məktəblinin dostu” vəzifəsinə işçi qəbulu elan olunub.
"Report"un Muğan bürosunun məlumatına görə, vakansiyaya müraciət üçün ali təhsil, 21-30 yaş aralığı, Azərbaycan dilində səlis danışmaq tələb olunur. Həmçinin xarici dil bilikləri olanlara üstünlük veriləcək.
Cəlilabad və Masallı şəhərləri üzrə elan olunmuş vakansiyalara kişi və qadın namizədlər müraciət edə bilərlər. Kişi namizədlər mütləq hərbi bilet təqdim etməlidirlər. Tələblərə uyğun namizədlər test imtahanı mərhələsində iştirak edəcəklər.
İmtahanda məntiq və ümumi dünyagörüşünə, ilkin psixoloji dəyərləndirməyə, təhsil qanunvericiliyinə aid bilikləri yoxlamaq məqsədilə suallar təqdim olunacaq.
İşə müraciət üçün aşağıdakı linkə daxil olaraq anketi doldurmaq lazımdır.
(