Bu il subbakalavrlar 34 müxtəlif ali təhsil müəssisəsinə qəbul olunublar.
"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə universitetlərə qəbulun nəticələri ilə bağlı keçirdiyi brifinqdə deyib.
O bildirib ki, bu il ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların sayı da artıb və ötənilki göstəricidən 695 nəfər daha çoxdur:
"Subbakalavrlar say etibarilə daha çox Azərbaycan Texniki Universiteti (584), Mingəçevir Dövlət Universiteti (569 nəfər) Azərbaycan Texnologiya Universitetinə (527 nəfər) və Lənkəran Dövlət Universitetinə (505 nəfər) qəbul olunub. Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə gəldikdə, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 56.84%-i, Azərbaycan Texnologiya Universitetinə qəbul olunanların 43.52%-i subbakalavrlardır".