Bu il 150 minə yaxın 4-cü sinif şagirdi qiymətləndirilmə monitorinqinə cəlb olunacaq

Bu il 150 minə yaxın 4-cü sinif şagirdi qiymətləndirilmə monitorinqinə cəlb olunacaq Bu il 150 minə yaxın 4-cü sinif şagird qiymətləndirilmə monitorinqinə cəlb olunacaq.
Elm və təhsil
5 İyun , 2023 12:53
Bu il 150 minə yaxın 4-cü sinif şagirdi qiymətləndirilmə monitorinqinə cəlb olunacaq

Bu il 150 minə yaxın 4-cü sinif şagirdi qiymətləndirilmə monitorinqinə cəlb olunacaq.

“Report” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev məlumat verib.

Onun sözlərinə görə, təhsilin keyfiyyəti ilə bağlı islahatlara başlanılıb: "Təhsillə bağlı dövlət strategiyasında bununla əlaqəli hədəflər də qeyd olunub. Məzmun baxımından islahatlara ibtidai siniflərdən başlanılıb və proses iki istiqamətdə gedir. Məsələn, sertifikasiya imtahanlarında ilk olaraq ibtidai sinif müəllimlərinin biliyi yoxlanılır. Bundan başqa, keçən ildən etibarən 4-cü sinif şagirdlərinin biliyinin qiymətləndirilməsinə başlanılıb və sonrakı illərdə də davam edəcək. Müəyyən ara söhbətlərini aradan qaldırmaq üçün bu qiymətləndirmənin keçirilməsi önəmlidir".

E.Əliyev bildirib ki, məktəblərdə əsasən oxuma sürətinə fikir verirdilər: "Bu da müsbət haldır, amma əsas məsələ oxuduqlarını anlamalarıdır. Oxuyub-anlama məktəbliyə verilməli olan ən vacib bacarıqdır. İyunun 10-da ölkə üzrə 4-cü sinif şagirdlərinin monitorinq qiymətləndirilməsi yenidən baş tutacaq. Bu il 150 minə yaxın 4-cü sinif şagirdi bu monitorinqə cəlb olunacaq. Növbəti mərhələdə şagirdlərin biliyinin qiymətləndirilməsinə dinləyib-anlama bacarığı da əlavə olunacaq. Çünki 4-cü sinifdə oxuyan şagirdlərin, demək olar, yarısı hər hansı mətni oxuyub əsas ideyasını anlamaqda çətinlik çəkir. Ümid edirik ki, növbəti tədris ilində bu istiqamətdə düzəlmə olacaq".

Şöbə müdiri həmçinin vurğulayıb ki, keçən il IV sinif monitorinqlərinin nəticəsinə görə qızlar oğlanlara nisbətdə daha yüksək nəticə göstərib: "Həmçinin Azərbaycan bölməsinin nəticələri rus bölməsi üzrə nəticələrdən yaxşı olub. Eyni zamanda şagirdlər riyaziyyat fənnindən daha çox Azərbaycan dilindən yüksək bal toplayır. Qiymətləndirilmə monitorinqlərinin nəticələrinin şagirdin yuxarı sinfə keçirməsinə heç bir təsiri yoxdur. Bu, sadəcə şagirdlərin biliyi qiymətləndirilməlidir".

Son xəbərlər

Orphus sistemi