Bu gündən tələbə adını qazananların universitetlərə qeydiyyatı başlayır

Bu gündən tələbə adını qazananların universitetlərə qeydiyyatı başlayır Proses avqustun 25-nə kimi davam edəcək
Elm və təhsil
112
15 Avqust , 2016 10:32
Bu gündən tələbə adını qazananların universitetlərə qeydiyyatı başlayır

Bakı. 15 avqust. REPORT.AZ/ Tələbə adı qazanan şəxslər bu gündən başlayaraq avqustun 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Bu barədə "Report"a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. 

Komissiyadan bildirilib ki, müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 38 118 abituriyent iştirak edib. Onlardan 34 224 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 12 309 nəfər dövlət sifarişi əsasında, 21 915 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.