Fotolar əlavə olunub.
İlin ikinci Günəş tutulması olub.
"Report" xəbər verir ki, bu hadisə Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunub.
Tutulma hadisəsi Azərbaycanda da müşahidə edilib. Bakıda tutulma hadisəsi 13:59-də başlayıb və 16:30-da sona çatıb.
İlin ikinci Günəş tutulması başlayıb.
"Report" xəbər verir ki, qismən Günəş tutulması olan hadisə 17:02:11-də sona çatacaq. Tutulmanın maksimumu 15:00:16-da olacaq və 4 saat 3 dəqiqə 50 saniyə davam edəcək.
Bu, Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunacaq.
Tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək. Bakıda tutulma hadisəsi 13:59:38-də başlayacaq və 16:30:05-də sona çatacaq. Tutulmanın maksimumu 15:17:43-də olacaq.
Bu gün Günəş tutulması baş verəcək.
“Report”un xəbərinə görə, bu, 2022-ci ilin ikinci qismən Günəş tutulması olacaq.
Təbii hadisə saat 12:58-də başlayacaq və 17:02-də sona çatacaq. Tutulmanın maksimumu saat 15:00-da olacaq, 4 saat 4 dəqiqə davam edəcək.
Təbiət hadisəsi Avropanın əksər hissələrində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərb hissələrində, o cümlədən Azərbaycanda da müşahidə olunacaq.
Xatırladaq ki, ilin ilk Günəş tutulması aprelin 30-da Bakı vaxtı ilə saat 22:45-də başlayıb və mayın 1-də başa çatıb.
Bu, qismən Günəş tutulması olub. Təbii hadisə 3 saat 52 dəqiqə davam edib və saat 02:37-də sona çatıb. Tutulmanın maksimumu saat 00:41-də olub.
Günəş tutulması bir sıra ölkələrdə aydın müşahidə ediləcək.
Foto: Samirə Həsənova