Rezidentura və dövlət qulluğuna növbəti imtahanlar keçirilib

Rezidentura və dövlət qulluğuna növbəti imtahanlar keçirilib DİM rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi və dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid olan qruplar üzrə test imtahanı keçirib.
Elm və təhsil
21 Avqust , 2022 14:32
Rezidentura və dövlət qulluğuna növbəti imtahanlar keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi və dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid olan qruplar üzrə test imtahanı keçirib.

DİM-dən "Report"a verilən məlumata görə, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

Avqustun 22-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahanların nəticəsi yaxın 2 gün ərzində elan olunacaq.

09:15

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi və dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid olan qruplar üzrə test imtahanı keçirir.

DİM-dən "Report"a verilən məlumata görə, imtahanlar saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.

Dövlət qulluğuna qəbul imtahanı Bakıda 8 binada təşkil olunur. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 619, BB qrupu üzrə 1 463 olmaqla, ümumilikdə 2 082 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 186 nəzarətçi‑müəllim və 16 buraxılış (mühafizə) rejimi əməkdaşı ayrılıb.

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində iştirak etmək üçün 882 namizəd qeydiyyatdan keçib. Bakı şəhərində 856, Naxçıvan şəhərində isə 26 namizədin imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 9 imtahan rəhbəri, 74 zal nəzarətçisi və 10 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.

Bu gün, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanı da keçirilir.

Son xəbərlər

Orphus sistemi