Bakı. 6 may. REPORT.AZ/ "Bu il Bakı Slavyan Universitetinə müxtəlif ixtisaslar üzrə qəbul planının artırılması nəzərdə tutulub". BSU-nun rektoru, professor
Onun sözlərinə görə, universitetin həm Azərbaycan, həm də rus bölməsinə qəbul olunan tələbələrin sayı artırılacaq. A.Hacıyev bildirib ki, 2015-ci ildə BSU-da yeni ixtisasların açılması da nəzərdə tutulub: "Artıq ixtisasların artması ilə bağlı təkliflərimizi vermişik".
Rektor qeyd edib ki, ötən il BSU-nun məktəb-litsey kompleksi tam təmir olunub: "Universitet üçün yeni bina, korpusun tikintisinə gəldikdə isə hələlik belə bir plan yoxdur. Dövlət universitetləri üçün gələcəkdə tələbə şəhərciklərinin qurulması nəzərdə tutulub. Ümid edirik ki, bizim universitet də bu tip şəhərciklərdən birində yerləşdiriləcək".
A.Hacıyev deyib ki, hazırda BSU-da yaz imtahan semestrına hazırlıq gedir: "Bizim universitetdə imtahanlarda valideynlər də iştirak edir. Demək olar, valideynlərin iştirakı olmadan imtahan keçirilmir. Eyni zamanda BSU-nun tələbələri təşkilatı məsələlərdə çox fəal iştirak edirlər. Onların imtahanlara da nəzarət etmək imkanları var. İmtahan zamanı sui-istifadə hallarının olmaması üçün xüsusi qərargahlar yaradılıb. Tələbələr həm qərargaha, həm rektora müraciət edirlər. Müraciətlər yerindəcə araşdırılır. Tələbələrdən 3-ü mənim müşavirimdir. Bütün qüvvəmizlə imtahanlarda sui-istifadə hallarının olmamasına, xoşagəlməz nüansların qarşısının alınmasına çalışırıq".