BANM rektoru dərsə gecikən tələbələrə zəngli saat hədiyyə edib

Elm və təhsil
  • 16 fevral, 2018
  • 16:23
BANM rektoru dərsə gecikən tələbələrə zəngli saat hədiyyə edib

Bakı. 16 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov Məktəbin tələbələrinin müxtəlif nominasiyalar üzrə qiymətləndirərkən qeyri-adi addım atıb.

"Report" xəbər verir ki, rektor iki tələbəyə - Famil Babayev və Abusupan Adıyevə dərslərə ən çox gecikən tələbələr olduqları üçün zəngli saat hədiyyə edib.

E.Qasımov bu zəngli saatlarla tələbələrin bir də heç vaxt dərslərə gecikməyəcəyinə inandığını bildirib.