Bakıda yanğın baş verən məktəb distant təhsilə keçib
Elm və təhsil
- 07 yanvar, 2022
- 05:41
Bakıda yanğın baş verən Aslan Muradov adına 84 nömrəli tam orta məktəb distant təhsilə keçib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Qeyd olunub ki, bu gün səhər saatlarında Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən məktəbdə yanğın baş verib: "Yanğın məktəbin ikinci mərtəbəsində baş verib, müəllim və şagird heyəti təxliyə olunub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğın qısa müddət ərzində söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. Bu gün məktəbdə dərslərin distant qaydada davam etdirilməsi nəzərdə tutulur".
Son xəbərlər
19:25
Naxçıvanda ilk dəfə təşkil olunan I Naxçıvan Beynəlxalq Tibb Günlərinə start verilib
Sağlamlıq19:19
Sabirabadda avtoqəza olub, ölən var
Hadisə19:19
Ermənistan və ABŞ TRIPP layihəsinin icrasını müzakirə edib
Region19:09
Foto
Xankəndidə müəllim və tələbələrin birgə konserti olub
Mədəniyyət siyasəti19:05
Si Cinpin: Çin ilə ABŞ bəşəriyyətin inkişaf və tərəqqisinə töhfə vermək məsuliyyəti daşıyır
Digər ölkələr18:58
Donald Tramp Si Cinpinlə möhkəm dostluğu barədə danışıb
Digər ölkələr18:47
Foto
Video
"Birliyin Gücü – 2026": Şərti terrorçuların zərərsizləşdirilməsi üzrə fəaliyyətlər icra olunub
Hərbi18:44
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşüb
Xarici siyasət18:38