Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 23-də Bakı və Naxçıvan şəhərlərində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üçün test imtahanı keçiriləcək.
Mərkəzdən "Report"a verilən məlumata görə, COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi məsafədə əyləşdirilməsi təmin olunacaq. Bundan əlavə, imtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb olunacaqlar.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- “İmtahana buraxılış vərəqəsi";
- “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” (bəyannamə DİM-in saytından “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və namizəd tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə təhvil vermək lazımdır).
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 3 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün 478 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 5 imtahan rəhbəri, 45 nəzarətçi‑müəllim, 6 buraxılış rejimi əməkdaşı ayrılıb.