Sentyabrın 23-də məktəblərin girişində 3 şagird və 1 müəllimdə yüksək temperatur qeydə alınıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib.
Qeyd olunub ki, 6 şagird sinifdən təcrid olunaraq izolyasiya otaqlarına yerləşdirilib.
Bildirilib ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi müvafiq qaydalara uyğun olaraq təşkil olunub: "Həmçinin təhsil müəssisələri virus əleyhinə qoruyucu vasitələr, dezinfeksiyaedici maddələr və temperatur ölçən cihazlarla təmin edilib.
Eyni zamanda məktəblərin həyətyanı ərazilərində sosial məsafənin saxlanılması üçün işarələnmələr aparılıb, maarifləndirici lövhələr yerləşdirilib. Bundan başqa, məktəbə daxil olan hər bir şagirdin temperaturu ölçülüb. İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində mütəmadi olararaq dezinfeksiya işləri həyata keçirilir".