BANM erməni vandalizmini əks etdirən videoçarx hazırlayıb

BANM erməni vandalizmini əks etdirən videoçarx hazırlayıb Bakı Ali Neft Məktəbi Ermənistanın hərbi təxribatı nəticəsində təmas xəttindən kənarda yerləşən şəhər, kənd və yaşayış məntəqələrimizin sentyabrın 27-dən etibarən raket və ağır artilleriya atəşinə məruz qalmasına və yaranan insan tələfatına diqqəti çəkmək
Elm və təhsil
13 Oktyabr , 2020 11:24
BANM erməni vandalizmini əks etdirən videoçarx hazırlayıb

Bakı Ali Neft Məktəbi (BANM) Ermənistanın hərbi təxribatı nəticəsində təmas xəttindən kənarda yerləşən şəhər, kənd və yaşayış məntəqələrimizin sentyabrın 27-dən etibarən raket və ağır artilleriya atəşinə məruz qalmasına və yaranan insan tələfatına diqqəti çəkmək üçün ingilis dilində videoçarx hazırlayıb.

Bu barədə "Report"a Ali Məktəbdən bildirilib.

Videoçarxın daha çox insana çatması üçün o #erməniterrorunason həştəqi ilə açıq informasiya resurslarında yerləşdirilib və Ali Məktəbin əməkdaşlıq etdiyi portnyorlara göndərilib.

Videoçarxda erməni vandalizmi, onların mülki əhalini hədəf alan hücumları qeyd olunub.

Mülki əhaliyə qarşı edilən və günahsız uşaqların, qadınların, yaşlıların həlak olmasına səbəb olan hücumlar terrorizim kimi xarakterizə olunub.

Azərbaycanın öz torpaqlarını azad etmək uğrunda mübarizə aparması, təmas xəttindən kənarda yerləşən Gəncə, Mingəçevir kimi iri infrastruktur şəhərlərinin çoxsaylı və qeyri-qanuni hücumlara məruz qalması, azyaşlı məktəblilərin həlak olması barədə məlumatlara ayrıca yer verilib.

Son xəbərlər

Orphus sistemi