Azərbaycanda “Professor Lütfi Zadə” adlı gül yetişdirilib

Azərbaycanda “Professor Lütfi Zadə” adlı gül yetişdirilib Uzun illərdir Mərkəzi Nəbatat Bağında dekorativ qızılgüllərin introduksiyası, seleksiyası və kolleksiya genofondunun yaradılması istiqamətində tədqiqat işləri aparılır
Elm və təhsil
1366
22 İyun , 2021 13:53
Azərbaycanda “Professor Lütfi Zadə” adlı gül yetişdirilib

Uzun illərdir Mərkəzi Nəbatat Bağında dekorativ qızılgüllərin introduksiyası, seleksiyası və kolleksiya genofondunun yaradılması istiqamətində tədqiqat işləri aparılır.

"Report" xəbər verir ki, hazırda Bağın kolleksiyasında qızılgülün introduksiya olunan 594 sort, seleksiya və hibridləşdirmə üsulu ilə alinmiş 31 sort və 900-dən artıq hibrid formaları toplanıb.

Yeni yaradılan sortlardan üçü - “Əsrin Müqaviləsi, “Sarı gəlin”, “Nazpəri” hələ 2008-ci ildə Kənd Təsərrüfat Nazirliyi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komisiyası tərəfindən yüksək qiymətləndirilib, Dövlət Reyestrinə daxil edilib və müəllifi “Çiçəkçilik” laboratoriyasının rəhbəri Asəf İsgəndərova patent və müəlliflik şəhadətnamələri verilib.

Dekorativ bitkilər üzrə seleksiyaçı alimlərimizin yetişdirdikləri daha yeddi sort: “Abşeron Simfoniyası”, “Şərgin səhəri”, “Akademik Həsən Əliyev”, “Akademik Cəlal Əliyev”, “Professor Lütfi Zadə”, “Leyla”, “Qara gilə” – Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən yeni seleksiya nailiyyəti kimi qiymətləndirilib, bu ilin Dövlət Reyestrinə daxil edilibvə müəllifləri Asəf İsgəndərova və Ofeliya Qafarovaya patent və müəlliflik şəhadətnamələri verilib.

Mərkəzi Nəbatat Bağının “Çiçəkçilik” laboratoriyasında dekorativ bitkilərin selesiyası istiqamətində tədqiqatlar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi