Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru vəfat edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru vəfat edib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin professoru, filologiya elmləri doktoru Kamil Bəşirov vəfat edib.
Elm və təhsil
31 Oktyabr , 2023 10:00
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru vəfat edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin professoru, filologiya elmləri doktoru Kamil Bəşirov vəfat edib.

“Report” xəbər verir ki, K.Bəşirov 68 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Kamil Bəşirov 1955-ci ildə Yevlax rayonunda anadan olub. 1975-ci ildə APİ-nin (indiki ADPU) Filologiya fakültəsini bitirib. 1982-ci ildən APİ-nin (indiki ADPU) 2 nömrəli korpusunda tədris üzrə dispetçer, 1990-cı ildən laborant, müəllim, baş müəllim, dosent vəzifələrini tutub. 7 kitabın, 100-dən artıq elmi məqalənin müəllifi olub.

Son xəbərlər

Orphus sistemi