AMEA-nın Ümumi yığıncağı keçirilir, 2 nəfər birinci vitse-prezident seçiləcək - YENİLƏNİB

AMEA-nın Ümumi yığıncağı keçirilir, 2 nəfər birinci vitse-prezident seçiləcək - YENİLƏNİB AMEA-nın Ümumi yığıncağı başlayıb.
Elm və təhsil
28 Dekabr , 2019 11:16

AMEA-nın Ümumi yığıncağı başlayıb.

“Report” xəbər verir ki, iclasda Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Baş Nazirin müavini Şahin Mustafayev, Təhsil naziri Ceyhun Bayramov, Akademiyanın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın üzvləri və ziyalılar iştirak edirlər.

Yığıncaqda “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı” müzakirə olunacaq.

Həmçinin AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsinə baxılacaq.

Bundan başqa, akademiyanın 2 nəfər birinci vitse-prezidenti vəzifəsinə seçkilər keçiriləcək.


*** 10:49

Bu gün AMEA-nın Ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, iclasda Akademiyanın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın üzvləri və ziyalılar iştirak edəcəklər.

Yığıncaqda “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı” müzakirə olunacaq.

Həmçinin AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsinə baxılacaq.

Bundan başqa, akademiyanın 2 nəfər birinci vitse-prezidenti vəzifəsinə seçkilər keçiriləcək.

Son xəbərlər

Orphus sistemi