Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) doktoranturanın yaradılması haqqında Nazirlər Kabineti qarşısında vəsatət qaldırılıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında məlumat verilib.
Bildirilib ki, RSXM-də aparılan fundamental tədqiqatların aktuallığını və elmi səviyyəsini, mərkəzin elmi kadr potensialını, prioritet elmi istiqamətlər üzrə əldə olunmuş nailiyyətlərini, mövcud maddi-texniki bazasını, dərc olunmuş elmi işlərini, beynəlxalq elmi layihə və proqramlarda iştirakını nəzərə alaraq, mərkəzdə doktoranturanın yaradılması haqqında qərar qəbul edilib və Nazirlər Kabineti qarşısında vəsatət qaldırılıb.