AMEA-nın institutlarının əksəriyyətində direktorların səlahiyyət müddəti başa çatıb

Elm və təhsil
  • 20 aprel, 2016
  • 11:59
AMEA-nın institutlarının əksəriyyətində direktorların səlahiyyət müddəti başa çatıb

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisələrində direktor seçkiləri keçiriləcək. Bu barədə "Report"a AMEA-nın mətbuat xidmətindən məlumat verilib.

AMEA Rəyasət Heyətinin aprelin 20-də keçirilən növbəti iclasında müzakirə olunan məsələlərdən biri də AMEA-nın elmi müəssisələrində direktor seçkilərinin keçirilməsi ilə əlaqədar olub.

İclasda AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev Akademiyanın elmi müəssisələrinin əksəriyyətində direktorların səlahiyyət müddətinin başa çatdığını bildirib.

AMEA Rəyasət Heyəti müvafiq seçkilərin keçirilməsi haqqında qərar qəbul edib. Qərara əsasən, seçkilər "AMEA-nın elmi-tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisə haqqında Əsasnamə" və "AMEA-nın elmi-tədqiqat institutunun və ona bərabər statuslu elmi müəssisənin rəhbəri vəzifəsinə seçkinin keçirilməsi Qaydaları"na uyğun təşkil olunacaq.

Qeyd edək ki, seçkilərin keçirilməsi haqqında elan mətbuatda dərc ediləcək.  

Son xəbərlər

Bütün Xəbər Lenti