ADA Universitetində üç yeni təhsil proqramı açılıb.
“Report” xəbər verir ki, bunu Bolonya Universitetinin professoru, ADA Universitetinin “Kənd təsərrüfatı və qida elmləri” fakültəsinin dekanı Matteo Vittuari jurnalistlərə açıqlamasında deyib.
O, iki bakalavriat və bir magistratura pillələri üzrə 100 tələbə üçün nəzərdə tutulduğunu vurğulayıb.
"İki proqram - kənd təsərrüfatı və qida texnologiyası proqramları bakalavrlar üçün nəzərdə tutulub. Magistrlar isə kənd təsərrüfatı və qida sistemlərinin idarə edilməsi üzrə proqrama qoşula bilərlər", - dekab bildirib.
M.Vituari qeyd edib ki, bu günlərdə bu proqramlara qəbul olunan yeni tələbələri qarşılayacaqlar:
"Bakalvr proqramları kənd təsərrüfatı texnologiyaları və qida texnologiyaları üzrədir. Ümumilikdə 80 bakalavr tələbəmiz var. Magistr proqramı kənd təsərrüfatı və qida sistemlərinin idarə olunmasını əhatə edir və burada 20-dən çox tələbəmiz var".
Doktorantura proqramına gəlincə isə, o vurğulayıb ki, Bolonya Universiteri ilə təqdim edilən proqram çərçivəsində Bolonya Universitetində səkkiz doktorantura tələbə oxuyur və onlar gələcəkdə müəllim, tədqiqatçı kimi ADA Universitetinə qayıdacaqlar.
"Gələcək illərdə isə bu sayın daha da artırılması planlaşdırılır. Bolonya Universiteti ilə birgə təşkil olunan sertifikat proqramlarımız da var. Hər il proqram bir mövzuya aid olur. Növbəti proqramımız Davamlı heyvandarlıq istehsalına həsr olunacaq. Tələbələrə nəzəri biliklər verilir. Bu da onlara əmək bazarının tələblərinə uyğunlaşma qabiliyyəti qazandırır", - o deyib.