Bakı. 25 fevral. REPORT.AZ/ Bu gün Bakının Ramanı qəsəbəsindəki Eynulla Ağayev adına 198 nömrəli tam orta məktəbdə
"Report"un məlumatına görə, tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova, məktəbin direktoru Şəlalə Nadirova, Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev və digər şəxslər iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Ş.Nadirova Xocalı soyqırımının bəşəriyyətin ən böyük insanlıq cinayətlərindən olduğunu vurğulayıb.
Daha sonra Azərbaycan Rəssamlar İttifaqının üzvü Ceyhun Qurbanzadənin hazırladığı “Xocalı fəryadı” adlı rəsm əsərinin təqdimatı olub. Müəllif sözügedən rəsm əsərini 4 ilə hazırladığını və bəzən 3-4 ay fasilə vermək məcburiyyətində qaldığını da vurğulayıb: “Çünki Xocalı faciəsinin iştirakçıları ilə bu barədə söhbət edəndən sonra bir müddət özümə gələ bilmirdim. Ona görə fasilə verib, özümü toparlayıb yenidən əsərin üzərində işləməyə başlayırdım”.
Digər natiqlər qanlı hadisənin XX əsrin ən böyük faciəsi olduğunu vurğulayıblar. Qeyd olunub ki, Xocalı faicəsinin dünyada tanıdılması istiqamətində
Məktəbin direktoru Ş.Nadirova C.Qurbanzadəyə təşəkkürnamə təqdim edib. Direktor rəssama öz əsərini 198 nömrəli məktəbdə təqdim etdiyinə görə minnətdarlığını bildirib.
Sonda şagirdlərin ifasında Xocalı faicəsinə həsr olunmuş və bəşəriyyəti sülhə çağıran şeirlər səsləndirilib.