17 yaşlı azərbaycanlı dünyanın ən nüfuzlu universitetinə qəbul olub

17 yaşlı azərbaycanlı dünyanın ən nüfuzlu universitetinə qəbul olub S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının məzunu Züleyxa Kişiyeva ABŞ-ın ən qədim, dünyanın ən məşhur universitetlərindən biri olan Pensilvaniya Universitetinin Wharton Biznes məktəbində tam təqaüd ilə təhsil almaq imkanı əldə edib.
Elm və təhsil
23 Dekabr , 2020 15:27
17 yaşlı azərbaycanlı dünyanın ən nüfuzlu universitetinə qəbul olub
Züleyxa Kişiyeva

S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının məzunu Züleyxa Kişiyeva ABŞ-ın ən qədim, dünyanın ən məşhur universitetlərindən biri olan Pensilvaniya Universitetinin Wharton Biznes məktəbində tam təqaüd ilə təhsil almaq imkanı əldə edib.

"Report" xəbər verir ki, Züleyxa Kişiyeva beynəlxalq SAT (1560 bal ) və IELTS ( Overall 7.5 ) imtahanlarına hazırlaşaraq, rəsmi imtahanlarda yüksək nəticələr əldə edib.

O, Zəhra Qasımzadə ilə həmkarı olduğu Click Energy adlı klaviaturadan enerji alan layihəsi GENIUS Olimpiadasında da qalib olaraq 20 000 ABŞ dolları təqaüdə layiq görülüb. Eyni zamanda Z.Kişiyeva qəbul faizi 8,4 faiz olan Pensilvaniya Universitetinin bakalavr pilləsində təhsil almaq şansını əldə edən yeganə azərbaycanlıdır.

Qeyd edək ki, Donald Trump, İvanka Trump, Elon Musk, Warren Buffett kimi bir çox məşhur şəxslər də bu universitetin məzunlarıdır. Züleyxa Kişiyeva burada iqtisadiyyat ixtisası üzrə təhsil alacaq.

Son xəbərlər

Orphus sistemi