Yaşıllaşdırma Təsərrüfat Birliyi: Yasamal rayonundakı parkda sanitar kəsim aparılıb

Yaşıllaşdırma Təsərrüfat Birliyi: Yasamal rayonundakı parkda sanitar kəsim aparılıb Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 5 ünvanında ağacların kəsilməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.
Ekologiya
12 İyun , 2024 18:39
Yaşıllaşdırma Təsərrüfat Birliyi: Yasamal rayonundakı parkda sanitar kəsim aparılıb

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi Yasamal rayonu, Nəriman Nərimanov prospekti 5 ünvanında ağacların kəsilməsi ilə bağlı mətbuatda yayılan məlumata münasibət bildirib.

Birlikdən "Report"a bildirilib ki, göstərilən ərazidəki yaşayış binasının qarşısındakı parkda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən sanitar kəsim (qurumuş, xəstə və zədələnmiş ağacların kəsilməsi) işləri aparılıb.

"Vətəndaşların Yasamal rayon İcra Hakimiyyətinə müraciəti və Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyi əsasında burada 3 ədəd ağac (2 şam və 1 sərv) götürülüb və kəsilən ağacların yerində 6 ədəd yeni ağacın əkilməsi istiqamətində işlər görülür. Ətrafdakı digər ağacların quru budaqlar da budanacaq, onlara aqrotexniki qulluq göstəriləcək", - məlumatda qeyd olunub.

Məsələnin araşdırılması ilə bağlı Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib.

Son xəbərlər

Orphus sistemi