Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artıb

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artıb Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artıb.
Ekologiya
2 Aprel , 2023 12:56
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artıb

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artıb.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Son iki gündə yağan yağışlar nəticəsində Lənkəran-Astara bölgəsi ərazisindən axan Lənkərançay-Sifidor, Viləşçay-Şıxlar, Təngərudçay-Vaqo məntəqələrində suyun səviyyəsi 11-16 sm; Böyük Qafqazın ərazisindən axan Əyriçay-Ağyazı və Vəlvələçay-Təngəaltı məntəqələrində 2-6 sm, Qarasuçay-Zərdab məntəqəsində 36 sm; Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar, Kürəkçay-Toğana, Əsrikçay-Əsrikcırdaxan məntəqələrində 1-6 sm; Qanıx çayının Cəlayir məntəqəsində 6 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 10 sm, Kür-Surrada 37 sm, Kür-Şirvanda isə 4 sm artım müşahidə olunub.

Son xəbərlər

Orphus sistemi