Xəzər dənizində ekoloji monitorinqlər aparılır

Xəzər dənizində ekoloji monitorinqlər aparılır Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əlif Hacıyev adına elmi-tədqiqat gəmisi ilə aprelin 4-dən Xəzər dənizində monitorinqlərə başlayan ekspedisiya qrupu bu günədək Abşeron, Palçıq pilpiləsi, Neft Daşları, Çilov, Bahar, Mərkəzi Azəri və Çıraq yataql
Ekologiya
8 Aprel , 2023 17:10
Xəzər dənizində ekoloji monitorinqlər aparılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əlif Hacıyev adına elmi-tədqiqat gəmisi ilə aprelin 4-dən Xəzər dənizində monitorinqlərə başlayan ekspedisiya qrupu bu günədək Abşeron, Palçıq pilpiləsi, Neft Daşları, Çilov, Bahar, Mərkəzi Azəri və Çıraq yataqlarında dənizin hidrobioloji vəziyyətini təhlil edib, ekoloji monitorinqlər həyata keçirib.

Ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov "Report"a bildirib ki, ekspedisiya zamanı qeyd olunan məntəqələr üzrə su, qrunt, dib çöküntüləri, zooplankton, bentos, hava nümunələri götürülüb, hidrometeoroloji ölçmələr və müxtəlif komponentlər üzrə tədqiqatlar aparılıb.

Qrup rəhbərinin sözlərinə görə, monitorinqlər aprelin 14-dək davam edəcək, tədqiqat işləri növbəti günlərdə Lənkəran, Kür dili və Cənub-Şərqi Qoltuq kəsimlərində aparılacaq, həmçinin biomüxtəliflik üzrə tədqiqat işləri həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi