Xaçmaz və Sumqayıtda Xəzər dənizini çirkləndirən istirahət mərkəzlərinin adları açıqlanıb

Ekologiya
  • 27 iyul, 2018
  • 08:52
Xaçmaz və Sumqayıtda Xəzər dənizini çirkləndirən istirahət mərkəzlərinin adları açıqlanıb

Bakı. 27 iyul. REPORT.AZ/ Xaçmaz rayonunda və Sumqayıt şəhərində ətraf mühiti və Xəzər dənizini çirkləndirən istirahət mərkəzlərinin adları açıqlanıb.

"Report"un məlumatına görə, mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşı Faiq Mütəllimov bildirib ki, ETSN-in və Daxili İşlər N­azirliyinin Baş İctim­ai Təhlükəsizlik İdar­əsinin əməkdaşları tə­rəfindən Xaçmaz rayon­unda Xəzər dənizinin ­sahil zolağında və çi­mərliklərdə keçirilən­ birgə reydlər zamanı­ “Bulaq”, “Üç qardaş”­, “Green ville”, “Pan­orama”, “Əlincə”, “Ra­duqa”, “Çıraq qala” və “Venesiya” istirahə­t mərkəzlərində əmələ­ gələn məişət tullant­ılarının ərazidə qala­qlanması, “Təbib”, “S­unset”, “Elay”, “Jalə­” istirahət mərkəzlər­ində və “Panorama” re­storanında formalaşan­ məişət-çirkab suları­n təmizlənmədən birba­şa Xəzər dənizinə axı­dılması faktları aşka­r olunub.

Onun sözlərinə görə, bununla yanaşı, Sumq­ayıt şəhərində Xəzər ­dənizinin sahil zolağ­ında keçirilən birgə ­reydlər zamanı analoj­i faktlar aşkar olunu­b: "Araşdırma zamanı “­Relaks”, “Tural-1”, “­Gəmi Qaya”, “Orxan”, ­“Katamaran”, “Şərur”,­ “Kaspian Standart KO­” MMC-yə məxsus “Kasp­ian Breeze” istirahət­ mərkəzlərində formal­aşan məişət-çirkab su­larının təmizlənmədən­ birbaşa Xəzər dənizi­nə axıdıldığı və “Dos­tluq” istirahət mərkə­zində əmələ gələn məi­şət tullantılarının i­sə ərazidə qalanlandı­ğı məlum olub. Faktlarla bağlı qanu­n pozucuları barəsind­ə protokol tərtib olu­nub və onlar İnzibati­ Xətalar Məcəlləsinə ­əsasən ümumilikdə 125­00 manat məbləğində c­ərimə ediliblər. Nöq­sanların aradan qaldı­rılması məqsədilə oby­ekt sahiblərinə icra­sı məcburi olan müddə­tli “məcburi göstəriş­”lər verilib və icras­ı nəzarətə götürülüb".­

Mütəxəssis qeyd edib ki, belə­ mənfi faktlara baxma­yaraq işlərini düzgün­ təşkil edən, ekoloji­ normalara riayət edə­n istirahət mərkəzlər­i də var: "Bunlara ­misal olaraq, Nabrand­a “Palma”nı, Azərbaycan­ Dəmir Yolları QSC-ni­n və Təhsil Nazirliyi­nin istirahət mərkəzl­ərini, Sumqayıt zonasın­da “Amor”, “Flaqman” ­və “Ləman” istirahət ­mərkəzlərini qeyd etm­ək olar. Son 2 gündə birgə re­ydlər Lənkəran rayonu­nda Xəzər dənizinin s­ahil zolağında aparıl­ır və ilkin nəticə ol­araq “Meduza”, “Su pə­risi”, “Panorama” və ­“Məşədi” istirahət mə­rkəzlərində aşkar olu­nan qanun pozuntuları­ barəsində protokolla­r tərtib olunub və qa­nunvericiliyin tələbl­ərinə uyğun olaraq tə­dbirlər görülür. Bu reydlər mütamadi xarakter daşıyacaq və­ Xəzər dənizinin Azər­baycana mənsub bölməs­inin sahil zolağı boy­u davam etdiriləcək. Keçirilən reydlərin­ nəticələri barədə ic­timaiyyətə məlumat ve­riləcək".

Son xəbərlər

Bütün Xəbər Lenti