Bakı. 12 noyabr. REPORT.AZ/ “Hər ailə ağac əksin” devizi altında
Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Ağac əkilməsinin təşviqi kampaniyasında vətəndaşlara, ümumilikdə, 8000-ə yaxın müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac tingləri paylanılıb.
Xatırladaq ki, 09 noyabr 2018-ci il tarixində Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində “Hər ailə ağac əksin” devizi altında keçirilən aksiyada vətəndaşlara 6000-ə yaxın müxtəlif cinsli ağac tingi paylanılıb.
Noyabrın 17-də kampaniya daha kütləvi xarakter alaraq məktəblərdə “Bir şagird bir ağac əksin və qorusun” devizi altında davam etdiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ağac əkməyə və payız əkini kampaniyalarına qoşulmağa çağırır.