Umayra Tağıyeva: "Bu ilin yay aylarında anomal istilər gözlənilir"

Ekologiya
  • 01 iyun, 2018
  • 07:58
Umayra Tağıyeva: Bu ilin yay aylarında anomal istilər gözlənilir
Ekologiya və Təbii Sə­rvətlər Nazirliyinin ­Ekoloji maarifləndirm­ə və ictimaiyyətlə əl­aqələr şöbəsinin İcti­mai təşkilatlarla iş,­ ekoloji maarifləndir­mə və elm sektorunun ­müdiri Umayra Tağıyev­a
Report/ Firi Salim

Bakı. 1 iyun. REPORT.AZ/ "Ötən illərdə olduğu kimi, 2018-ci ilin yay aylarında anomal istilər gözlənilir".

"Report" xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sə­rvətlər Nazirliyinin ­Ekoloji maarifləndirm­ə və ictimaiyyətlə əl­aqələr şöbəsinin İcti­mai təşkilatlarla iş,­ ekoloji maarifləndir­mə və elm sektorunun ­müdiri Umayra Tağıyev­a deyib.

O bildirib ki, bu yay anomal istilərin uzunmüddətli olacağı gözlənilir: "Havanın temperaturunun normadan 5-6 dərəcə çox olduğu günlər olacaq".

U.Tağıyeva qeyd edib ki, yayda müşahidə olunan anomal istilər insan səhhətinə mənfi təsir edir: "Bu səbəbdən də, uzun müddət çöldə qalmaq məsləhət deyil. Saat 11-dən saat 17:00-dək günəş şüalarının birbaşa təsiri altında olmaq insanlar üçün təhlükəlidir".

44 filmi