Tacikistan-Azərbaycan hökumətlərarası komissiyanın 6-cı iclası keçirilib

Tacikistan-Azərbaycan hökumətlərarası komissiyanın 6-cı iclası keçirilib Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclasında iştirak etmək üçün Tacikistan Respublikası İqtisadi İnkişaf və Ticarət Naziri, hökumətlərarası komissiyanın həmsədri Zavkizoda
Ekologiya
7 İyul , 2023 17:10
Tacikistan-Azərbaycan hökumətlərarası komissiyanın 6-cı iclası keçirilib

Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclasında iştirak etmək üçün Tacikistan Respublikası İqtisadi İnkişaf və Ticarət Naziri, hökumətlərarası komissiyanın həmsədri Zavkizoda Zavki Aminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

"Report" xəbər verir ki, Zavkizoda Zavki Amin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri ilə birgə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Qonaqlar həmçinin Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin xatirəsini yad edib, daha sonra ETSN-də Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası keçirilib.

İclasda Azərbaycanla Tacikistan arasında əlaqələrin bütün istiqamətlərdə uğurla inkişaf etdiyi, iki ölkənin beynəlxalq platformalarda səmərəli əməkdaşlıq apardığı bildirilib. Müxtəlif sahələrdə işgüzar əlaqələrin daha da genişləndirilməsi perspektivləri, o cümlədən iqtisadiyyat, sənaye və ticarət, kənd təsərrüfatı, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrdən sonra Tacikistan-Azərbaycan ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclasının protokolu imzalanıb.

Son xəbərlər

Orphus sistemi