Şərqi Zəngəzur iqtisadi rayonundakı transsərhəd çaylarda elmi-tədqiqat işləri aparılıb

Şərqi Zəngəzur iqtisadi rayonundakı transsərhəd çaylarda elmi-tədqiqat işləri aparılıb "Qarabağ ərazisində çayların çirklənmə səviyyəsinin tədqiqi və aradan qaldırılması yollarının işlənməsi” layihəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının əməkdaşla
Ekologiya
13 İyun , 2023 16:22
Şərqi Zəngəzur iqtisadi rayonundakı transsərhəd çaylarda elmi-tədqiqat işləri aparılıb

"Qarabağ ərazisində çayların çirklənmə səviyyəsinin tədqiqi və aradan qaldırılması yollarının işlənməsi” layihəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının əməkdaşları tədqiqat işlərinin aparılması məqsədilə Şərqi Zəngəzur iqtisadi rayonunda olub.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, layihəyə uyğun olaraq bölgənin transsərhəd çayları olan Oxçuçayın Sayıflı, Bürünü, Cahangirbəyli koordinatlarından, eyni zamanda Həkəri və Bəsitçaydan çirklənmə dərəcəsinin təyin edilməsi üçün su və dib çöküntüsü nümunələri götürülüb.

Aparılan analizlərin nəticələrinə əsasən çay sularının zəhərli maddələrdən təmizlənməsi üçün layihə çərçivəsində ekoloji cəhətdən səmərəli təkliflərin irəli sürülməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Elm Fondunun təsis etdiyi “Qarabağ Azərbaycandır!” məqsədli qrant müsabiqəsinin qalibi olaraq, Şərqi Zəngəzur iqtisadi rayonundakı transsərhəd çaylarda elmi-tədqiqat işləri layihənin rəhbəri, BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyevanın rəhbərliyi ilə həmin kafedranın əməkdaşları Aytən Səmədova və Nailə Cəfərova tərəfindən həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi