Şahdağ Milli Parkında daha bir zubr balası dünyaya gəlib

Şahdağ Milli Parkında daha bir zubr balası dünyaya gəlib İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana gətirilən zubrlardan daha birinin balası dünyaya gəlib.
Ekologiya
740
2 May , 2020 16:16
Şahdağ Milli Parkında daha bir zubr balası dünyaya gəlib

İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana gətirilən zubrlardan daha birinin balası dünyaya gəlib. 

"Report" xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova məlumat verib. 

Onun sözlərinə görə, artıq zubr balalarının sayı ikiyə çatıb: "Bala sağlamdır və artıq yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub. Şahdağ Milli Parkı ilə İDEA İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə 2019-cu ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Fransa və Belçika zooparklarından 12 baş zubr gətirilərək təbiətə buraxılmışdı. Sevindiricidir ki, artıq onların sayı 14-ə çatıb".

Son xəbərlər

Orphus sistemi