Sabah güclü külək əsəcək, yağış yağacaq

Sabah güclü külək əsəcək, yağış yağacaq Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mü
Ekologiya
14 Fevral , 2024 12:54
Sabah güclü külək əsəcək, yağış yağacaq

Fevralın 15-nə Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə "Report"a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında da fevralın 15-də bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 15-də gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Son xəbərlər

Orphus sistemi