Proqnozlar Bürosu: Növbəti iki gündə ölkədə hava şəraiti sabit keçəcək

Proqnozlar Bürosu: Növbəti iki gündə ölkədə hava şəraiti sabit keçəcək Gülşad Məmmədova: “Bu gün müşahidə olunan güclü şimal-qərb küləyi axşama doğru tədricən mülayimləşəcək”
Ekologiya
6 Fevral , 2018 10:20
Proqnozlar Bürosu: Növbəti iki gündə ölkədə hava şəraiti sabit keçəcək

Bakı. 6 fevral. REPORT.AZ/ “Növbəti iki gündə Azərbaycan ərazisində hava şəraiti sabit keçəcək”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, bu gün - fevralın 6-da gün ərzində müşahidə olunan güclü şimal-qərb küləyi axşama doğru tədricən mülayimləşəcək: “Növbəti iki gündə ölkə ərazisində mülayim şimal küləyi əsəcək”.

G.Məmmədova qeyd edib ki, fevralın 7-8-də ölkə ərazisində hava şaraitinin mülayim və gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: “Havanın temperaturu paytaxtda 8-11, Mərkəzi Aran rayonlarında 11-16, dağlıq ərazilərdə 8-13 dərəcə isti təşkil edəcək”.

Son xəbərlər

Orphus sistemi