Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə növbəti iməclik təşkil edilib.
İcra Hakimiyyətindən "Report"a verilən məlumata görə, mövcud karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilmiş aksiyada hər iki qurumun rəhbərləri, əməkdaşları və struktur bölmələrin işçiləri iştirak ediblər.
İməcliyin keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada 200 ədəd yeni, əsas etibarı ilə Eldar şamı, kiparis və digər ağaclar əkilib.
Heydər Əliyevin doğum günündə keçirilən iməclik bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.
İməclikdə əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarılma məsələlərin həll edilib, cavabdehlər müəyyənləşdirilib.
Ay ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.