​OPEK ABŞ-dan başqa bütün neft istehsal edən ölkələrlə hasilatın dondurulması barədə danışıqlar aparır

Ekologiya
  • 22 fevral, 2016
  • 21:33
​OPEK ABŞ-dan başqa bütün neft istehsal edən ölkələrlə hasilatın dondurulması barədə danışıqlar aparır

Bakı. 23 fevral. REPORT.AZ/ OPEK ABŞ-dan başqa bütün neft istehsal edən ölkələrdə hasilatın yanvar ayı səviyyəsində dondurulmasına dair danışıqlar aparır.

"Report" xəbər verir ki, bunu "CERA Week" zamanı kartelin baş direktoru Abdullah Salim Əl-Bədri bildirib.

"Biz Amerikadan başqa bütün tərəflərlə danışıqlar aparırıq", — deyə o panel müzakirələr çərçivəsində hasilatın dondurulmasına dair danışıqlarda iştirak edən ekspertlərin sualını cavablandırarkən qeyd edib.

"Energy Intelligent Group"un proqnozlarına görə, ABŞ 2016-cı ildə digər ölkələrə nisbətdə neft hasilatını daha da çoxaldacaq. OPEK-ə daxil olmayan ölkələr arasında ümumi artım həcminin payı gündəlik 60 faiz və ya 500 min tondur. Bu halda, Birləşmiş Ştatlarla razılaşma bazarı stabilləşdirə bilərdi.

Son xəbərlər

Bütün Xəbər Lenti